Ölkə

“Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb (Video)

11 Avqust 2026 18:34
Baxış: 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qəbələ festivalı 15 illiyini qeyd edir və musiqini, incəsənəti, müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirir. "Gabala Fest" festivalı konsertlər çərçivəsindən kənara çıxaraq, sənətçilərin ünsiyyəti və birgə fəaliyyəti məkanı yaradır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  bu barədə "Euronews" telekanalının Qəbələdə keçirilən musiqi festivalına həsr olunmuş reportajında məlumat verilir.

Vurğulanır ki, festival bu il ənənəvi konsert proqramının hüdudlarından kənara çıxaraq müxtəlif ölkələrdən musiqiçiləri, rəssamları və sənətçiləri bir araya gətirən "Gabala Fest" layihəsinə start verib.

"İştirakçıların sözlərinə görə, klassik musiqi və muğamdan müasir ifalaradək festival yeni ideyaların axtarışı üçün məkan yaradır, eyni zamanda mədəni ənənələrə ehtiram göstərir. "Mədəniyyətlərin kəsişməsi" adlı bədii sərgi də 30-dan çox yerli və xarici rəssamı bir araya gətirib", - deyə reportajda qeyd olunur.

Telekanal qeyd edir ki, 2027-ci ildə mədəni proqramın daha da genişləndirilməsi planlaşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.