Rusiyada bu hava limanı BAĞLANDI

25 Yanvar 2026 11:54

Kazan və Nijnekamsk hava limanlarında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Rosaviasiya"dan məlumat verilib.

"Kazan və Nijnekamsk (Begişevo) hava limanları. Təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir", - məlumatda qeyd olunub.

"Rosaviasiya" həmçinin Çeboksarı hava limanında da məhbudiyyətlərin tətbiq olunduğunu bildirib.

Milli.Az