Kola qapağındakı kiçik dəliyin sirri açıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik həyatda tez-tez istifadə etdiyimiz alüminium içki qutularının açma halqaları sadəcə bir mexanizm deyil, həm də mühəndislik möcüzəsidir. Bir çox istehlakçının dekorativ element sandığı bu kiçik dəliklər fiziki rahatlıqdan tutmuş ətraf mühitin qorunmasına qədər bir neçə kritik funksiyanı yerinə yetirir.
Milli.Az həmin kiçik dəliyin əsl funksiyalarını təqdim edir:
Qüvvənin paylanması və təhlükəsizlik
Açma halqasının mərkəzinə yaxın olan kiçik dəliyin əsas vəzifəsi qutunu açarkən tətbiq olunan qüvvəni metal səthə bərabər paylamaqdır. Bu mexaniki dizayn:
Halqanın qopmasının qarşısını alır;
Metal hissənin qutunun içinə düşmə riskini aradan qaldırır;
Barmaqla tutmağı asanlaşdıraraq yaralanma riskini minimuma endirir.
Pipetin sürüşməsinin qarşısını alır
İçki qutularındakı halqaların ən az bilinən praktik funksiyası pipetləri sabitləməkdir. Qazlı içkilərdə qabarcıqların təsiri ilə yuxarı qalxan və ya sağa-sola hərəkət edən pipeti sabit saxlamaq üçün halqanı qutunun ağzına doğru çevirmək kifayətdir. Pipeti bu dəlikdən keçirdikdə halqa bir yuva vəzifəsini yerinə yetirir və pipeti sabit tutur. Bu, həm də qutunun xarici səthi ilə birbaşa təması kəsərək daha gigiyenik istifadə imkanı yaradır.
Ciddi xammal qənaəti
Dizayndakı boşluqlar sadəcə istifadə asanlığı deyil, həm də tonlarla alüminium qənaəti deməkdir.
Dünyada istehsal olunan milyardlarla qutu nəzərə alındıqda, halqalardakı bu kiçik boşluqlar sayəsində hər il xeyli miqdarda alüminiuma qənaət edilir.
Daha az metal istifadəsi istehsal və nəqliyyat xərclərini azaldır.
Halqanın qutudan ayrılmaması metalın ətraf mühitə tullantı kimi atılmasının qarşısını alır və geri dönüşüm prosesini asanlaşdırır. Məlumata görə, hər il bu yolla qənaət edilən alüminium miqdarı ilə təxminən 650 min velosiped istehsal etmək mümkündür.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi
-
TƏBİB sədri onu işdən çıxardı - (Foto)
-
AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi
-
Şəhriyar Əbilov: "20 günə 50 min qazandım"
-
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA
-
Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qaziyə cəza verildi
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Messi Ronaldoya görə qınandı - (Video)
-
Nihat Kahveci "od püskürdü": "Səni boğaram"
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - (Foto)
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
Bu gün Azərbaycanda qısa iş günü deyil
-
Asim Şahsuvarlıya yüksək vəzifə verildi
-
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın beynəlxalq münasibətlərə baxışı
-
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Emin Mahmudov bu oyundan sonra millidən gedir
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Əməkdar artist: “Qız uşağı böyüdürəm, evimdə yad kişi istəmirəm” - (Video)





