Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15-25 may tarixlərində gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək.
Bu barədə Milli.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətləri və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləri tətbiq olunub. Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksək standartlar səviyyəsində qorunmasıdır.
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu forum iştirakçılarının şəhər üzrə hərəkətinin daha rahat təşkili məqsədilə xüsusi nəqliyyat sisteminə inteqrasiya olunub. Forum iştirakçıları hava limanı, əsas nəqliyyat mübadilə mərkəzləri, qonaqlama məkanları və tədbir keçiriləcək ərazi arasında fasiləsiz nəqliyyat imkanlarından istifadə edə biləcəklər.
Bu çərçivədə WUF13 Hava Limanı Servis Avtobusları 12 may tarixindən etibarən fəaliyyət göstərir və 24 may tarixinədək 24/7 rejimində fasiləsiz xidmət göstərərək forum iştirakçılarının şəhərin müxtəlif nöqtələrinə rahat çatmasını təmin edir. 25 may tarixində isə avtobuslar saat 18:00-dək fəaliyyət göstərəcək.
İştirakçılar aşağıdakı əsas istiqamətlər üzrə xüsusi marşrutlardan istifadə edə bilərlər:
• A1 | 28 May
• A2 | Nərimanov
• A3 | İzmir
• A4 | Şıx
• A5 | İçərişəhər
• A6 | Sea Breeze
Eyni zamanda, sərnişinlərin rahat gediş-gəlişini təmin edən "Airport Express" (H1 xətti) əvvəlki qaydada 28 May və Koroğlu metrostansiyalarından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində 24/7 rejimində fasiləsiz fəaliyyətini davam etdirir.
Artan sərnişin axını nəzərə alınaraq sərnişinlərə uçuş vaxtından ən azı 2-3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur. Səyahət prosesinin daha rahat və operativ təşkili məqsədilə əvvəlcədən onlayn qeydiyyatdan istifadə edilməsi məsləhətdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 çərçivəsində ölkəyə gələn qonaqlar və bütün sərnişinlər üçün əməliyyat davamlılığının, yüksək xidmət keyfiyyətinin və təhlükəsiz sərnişin təcrübəsinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda gəlin çətin anlar yaşadı - Köməyinə Aygün Kazımova ÇATDI - VİDEO
-
Mühafizəçisi öldürülən Dilan Polata daha bir ZƏRBƏ
-
Müharibələrin yaratdığı dərin böhranları güclü iqdisadiyyat deyil, güclü liderlər həll edir - FOTO
-
"Şükür edin ki, 50 yaşım bu ağılda, bu gözəllikdə QALMIŞAM"
-
Bu ərazimizə qar yağdı
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
XƏBƏR LENTİ
-
Toyda gəlin çətin anlar yaşadı - Köməyinə Aygün Kazımova ÇATDI - VİDEO
-
“Qarabağ” Pedro Bikalyo ilə bağlı QƏRARINI VERDİ
-
Bir neçə dəqiqəyə şəhər "YOX OLDU" - VİDEO
-
Mühafizəçisi öldürülən Dilan Polata daha bir ZƏRBƏ
-
Müharibələrin yaratdığı dərin böhranları güclü iqdisadiyyat deyil, güclü liderlər həll edir - FOTO
-
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
-
Türkiyədə 95 yaşlı məşhur milyarderə cinayət işi açıldı
-
Bu meyvəni səhər yeyin, ürəyiniz sağlam olacaq
-
"Şükür edin ki, 50 yaşım bu ağılda, bu gözəllikdə QALMIŞAM"
-
“Apple”dan şok qərar: Milyonlarla iPhone...
-
Əhaliyə silah paylanıldı: ABŞ-nin hücumuna HAZIRLAŞIRLAR
-
“Qarabağ”ın loqosu Braziliya küçəsində - FOTO
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
Bu ərazimizə qar yağdı
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
-
Mbappe Fransa yığmasının məşqindən GETDİ - Nə baş verir?
-
8-ci mərtəbədən 5-ə YIXILDI - Təhlükəli anlar - VİDEO - FOTO
-
ABŞ-də festival zamanı silahlı HÜCUM: Yaralılar var
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi





