"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva "ASAN TV"nin qonağı olublar.
Milli.Az xəbər verir ki, artıq 14 ildir evli olan cütlük ailə qala bilməyin sirrlərindən danışıblar. Günay Zaurla tanış olmasından söhbət açıb:
"O vaxt xəstəxanaya getmişdim. Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz, sizin üçün qurban kəsəcəyik. Həmin anda əsəbiləşdim ki, mən nə üçün gəlmişəm, insanlar mənə nə deyir.
Hər şey ATV kanalında başladı. Mən müsabiqədən keçdim və məni Zaura tapşırdılar. Sınaq çəkilişi etdik. Tanışlığımız belə oldu. "Bizim səhər", "Onun yarısı" və digər verilişlərdə birgə çalışdıq. O gün bir şərh oxudum ki, yazmışdılar, "Deyəsən, "Onun yarısı" verilişində ancaq Zaurla Günay xoşbəxt olmağı bacardı. Bu, belə deyil. Bu cür ailələr çoxdur".
Zaur xanımının qısqanc olduğunu açıqlayıb:
"Artıq 14 il olacaq ki, ailəliyik. Ailə olmasa, dünya dağılar. Hər şey ailənin üzərində qurulub. Günayın qısqanclığı var. Mənim də var. Amma yersiz, xəstəlik formasında deyil. Günay qısqanclıqlarına yaxşı bəraət qazandırmağı bacarır. Bilir ki, haradan yanaşsa, qısqanclığı görünməz. Onun emosiyalarını qısqanclıq yox, ağıllı tədbir kimi görürəm".
Xanımı Zaurla gec ailə qurmasından peşman olduğunu etiraf edib:
"Ailə təhlükəsiz bir liman, sığınacaq, qarşılıqlı hörmət və sevgidir. Çox sevinirəm ki, mənim həyat yoldaşım Zaurdur. İstənilən mövzunu ona danışıram və onun məsləhətlərinə güvənirəm. Mən sevmirəm nəyinsə üstünü ört-basdır edim. Çünki yığılır-yığılır, ailə ailə olmur. Qoy elə onun da başı ağrısın. Ailə quranda Zaurun 31, mənim isə 26 yaşım var idi. İndi düşünürəm ki, kaş daha tez ailə qurardıq, uşaqlarımız bir az böyük olardı. Amma bəzən Zaura deyirəm ki, bəlkə də tez evlənsəydik, ailə olmazdıq. Çünki evliliyimizdən bir neçə il əvvəl Zaur mənə evlilik təklifi etmişdi və bizdə alınmamışdı".
Gülay məclislərdə az iştirak etdiklərini söyləyib:
"Nə qədər televiziya adamı olsaq da, bizi çox məclisdə görməzsiniz. Nadir hallarda qısa müddət ərzində gedib gələrik".
Zaur möhkəm ailənin sirrini səbirli olmaqda gördüyünü ifadə edib:
"Ailəli insan çox səbirli olmalıdır. Yersiz emosionallıq faciəyə gətirib çıxara bilər. Amma dərindən nəfəs alıb səbir etmək, susmaq bunun qarşısını ala bilər".
Günay uzun və xoşbəxt ailənin qarşılıqlı hörmətdən yarandığını dilə gətirib:
"Əgər bir bəy sizi sevirsə, ailənin müdaxilələrinə baxmayaraq sizi seçəcək. Yox, əgər sizi seçmirsə, demək ki, sizi sevmir. Ailənizə olan münasibətə diqqət edin. Əgər ilk günlərdə, hətta nişanlılıq vaxtında da kiçik bir narahatlıq, hörmətsizlik gördünüzsə, o insandan uzaqlaşın". (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir





