Bu şəxslər də 1 il hərbi xidmət keçə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, peşəkar ordu modelinə keçid istiqamətində atılan addımlar fonunda orta təhsilli şəxslərin də qısa müddətdə xidmət keçməsi məsələsi gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, xidmət müddətinin azaldılması ilə yanaşı, məktəblərdə çağırışaqədərki hərbi hazırlığın da gücləndirilməsi vacibdir.
Bəs orta təhsilli şəxslər gələcəkdə 1 il hərbi xidmət keçə biləcəklərmi?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda hərbi xidmətlə bağlı müxtəlif təkliflər səsləndirilsə də, bu istiqamətdə nə qanunverici orqanların, nə də güc strukturlarının nümayəndələri ciddi münasibət bildirirlər.
Ekspertin sözlərinə görə, Azərbaycanda hərbi xidmət müddətinin azaldılmasına ehtiyac var:
"Biz peşəkar orduya keçid edirik. Bu baxımdan hərbi xidmət müddətinin də azaldılması vacibdir. Hazırda orta təhsilli şəxslər 1 il 6 ay xidmət edirlər. Hesab edirəm ki, 1 il kifayət qədər normal müddətdir. Hətta gələcəkdə bunu 9 aya endirmək də mümkündür. Amma bunun üçün müəyyən zaman lazımdır".
Üzeyir Cəfərov qeyd edib ki, orta təhsilli şəxslərin 1 il xidmət keçməsi gələcəkdə reallaşa bilər:
"Bu dəyişikliklə paralel olaraq məktəblərdə çağırışaqədərki hazırlıq dərslərinin keyfiyyəti də artırılmalıdır. Orta məktəblərdə, liseylərdə və texniki peşə məktəblərində hərbi hazırlıq dərsləri gücləndirilməli, şagirdlər əyani vəsaitlərlə təmin olunmalıdır.
Təklif edirəm ki, Elm və Təhsil Nazirliyinin xətti ilə ehtiyatda olan zabitlər məktəblərdə hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərsinlər. Gənclərə çağırışa qədər ilkin hərbi biliklər və praktiki hazırlıq keçirilməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
XƏBƏR LENTİ
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva





