Bursanın İnegöl rayonunda 37-ci həftədə qeysəriyyə əməliyyatı ilə dünyaya gələn Əli Atilla 2024-2025-ci illərdə aparılan müayinələrdə Türkiyənin ən ağır və uzun körpəsi kimi qeydə alınıb.
Milli.Az xəbər verir ki, körpənin çəkisi 6 kilo 150 qram, boyu isə 59 santimetr olub.
Ana Ece Bircan və ata Murat Tunç Bircan körpənin bu ağırlıqda dünyaya gəlməsindən təəccübləndiklərini bildirib. Həkimlər körpənin sağlam olduğunu və böyük diqqətlə müalicə edildiyini qeyd ediblər. İlk müayinəsində Əli Atillanın çəkisi 6 kilo 220 qram olub.
Həkim bildirib ki, körpə tez çəki alır və 37 həftəlik hamiləlikdə belə böyük dünyaya gəlməsi nadir hadisədir.
Milli.Az





