Dövlət Əmək Müfəttişliyi Xidmətin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin əməkdaşı və Vətən müharibəsi iştirakçısı Vüsal Qurbanlı vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb:
"Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi və kollektivi Xidmətin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin əməkdaşı və Vətən müharibəsi iştirakçısı Vüsal Qurbanlının vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir".
Qeyd edək ki, onun hansı səbəbdən dünyasını dəyişdi məlum deyil.
Aysel Əkbər
Milli.Az





