İdman

Mahirə görə iclas oldu - Niyə oynamır?

24 Oktyabr 2025 18:19
Baxış: 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"də çıxış edən Mahir Emreli Azərbaycan millisinin düşərgəsindən qayıtdıqdan sonra klubda hücumçu ilə bağlı iclas keçirilib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, iclasda klub idarəçiləri, forvardın menecerləri və baş məşqçi iştirak edib. Müzakirə olunan məsələ isə Mahirin Kayzerslautern təmsilçisinin heyətində niyə meydana çıxmaması və baş məşqçinin ona hansı səbəbdən şans verməməsi olub.

Maraqlıdır ki, yığmamızın forvardını israrla istəyən klubun çalışdırıcısının ona səbəbsiz yerə şans verməməsi ortaya çıxıb. Baş məşqçi Torsten Liberknext buna tutarlı səbəb gətirə bilməyib. O, müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışıb.

Çalışdırıcı əvvəlcə futbolçunun məşq prosesindən narazılığını ifadə edib. Amma Mahirin menecerləri və futbolçu məşqdəki statistikaları göstərdikdən sonra bunun yalan olduğu ortaya çıxıb.

Daha sonra isə Liberknext Azərbaycan yığmasının İslandiyaya qarşı oynadığı matçdan öncə keçirdikləri oyunda Mahirin zədəli olmasını, həmin vaxt isə keçirdikləri matçda qələbə qazandıqlarını və buna görə qalib heyəti dəyişmək istəmədiyini bildirib. Lakin əvvəlcə başqa söz deyən məşqçinin sonradan bunu ortaya atmasının bəhanə olduğu görünür. 

Təəccüblüsü odur ki, "Kayzerslautern" "Hannover"lə bütün məsələlərdə razılığa gələn Mahiri son anda fikrindən danışındıraraq onunla müqavilə imzalayıb. Onlar müxtəlif yollarla forvardın keçidində israr ediblər.

İndi Emrelinin oynamamasının günahı isə özündə deyil. Futbolçu hələ komandaya transfer olunduğu dönəmdə bir çox variantlardan məhz oynamaq istədiyi üçün imtina edib. O, daha çox meydanda olmaq istəyini nəzərə alaraq qərar verib.

Məsələ burasındadır ki, baş məşqçi tərəfindən Mahirə qarşı ayrıseçkilik edilir. Komandada olan yerli futbolçularla azərbaycanlı oyunçu arasında fərq qoyulur. Bu gün Mahirin "Kayzerslautern"də yaşadığı problemin də kökündə bu durur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.