Hadisə

Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü - FOTO

11 Dekabr 2025 17:06
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.

A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra, dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.

Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam, təhlükə anında böyük risklər yarada bilir!", - açıqlamada deyilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.