Kriminal

Bakıda oğurluq edib qaçan şəxslər tutuldu

11 Dekabr 2025 18:20
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir aləti və məişət əşyaları oğurlanıb.

Milli.Az xəbər verir ki, hadisə barədə polisə müraciət edən zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəydiyi məlum olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov müəyyən olunaraq saxlanılıblar.

Aparılan araşdırmalarla F.Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da məlum olub.

Saxlanılan şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və "BYD" markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Hətta saxlanılan şəxslər hadisə günü oğurluq etdikləri mənzildən qayıdan zaman yol hərəkəti qaydalarını pozduqlarına görə də xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələniblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.