İdman

Çempionlar Liqasının oyununda biabırçı SƏHV - VİDEO

11 Dekabr 2025 09:30
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Vilyarreal" klubu "El Madrigal" stadionunda Danimarkanın "Kopenhagen" komandasını qəbul edərkən matç öncəsi gözlənilməz hadisə baş verib.

Milli.Az-ın məlumatına görə, futbolçular meydana çıxdığı anda ənənəvi Çempionlar Liqasının himni əvəzinə təsadüfən UEFA Avropa Liqasının himni səsləndirilib.

Bu texniki səhv tribunalardakı azarkeşlərin narazılığına səbəb olub və onlar fit səsləri ilə etiraz ediblər.

Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük müzakirə yaradıb və tez bir zamanda gündəmə çevrilib.

Qeyd edək ki, "Vilyarreal" - "Kopenhagen" qarşılaşması 2:3 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.