Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Ukrayna Prezidenti Volodimir Zelenskinin Pekinin Kiyevə yardım etmək istəməməsi ilə bağlı fikirlərinə cavab verib.
Milli.Az xəbər verir ki,o, qeyd edib ki, Çin Ukrayna böhranına obyektiv yanaşır, atəşkəs və danışıqların tərəfdarıdır. Qo Tszyakun həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyət Pekinin sülh istiqamətindəki səylərini görür.
Xatırladaq ki, Zelenski daha əvvəl Çinin Ukraynaya yardım etməkdə maraqlı olmadığını və Kiyevə silah satmaq niyyətində olmadığını bəyan etmişdi.
Asya Hüseyn
Milli.Az





