Art Weekend çərçivəsində Şirvanşahlar sarayında "Şeh. Olmayan səhər" adlı sərgi açılacaq - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 oktyabr - 2 noyabr tarixlərində Bakıda "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.
Tədbirlərdən biri Bakının qədim hissəsi olan İçərişəhərdə, Şirvanşahlar Sarayında keçiriləcək. Burada rəssam Vüsalə Ağarazıyevanın müəllif sərgisi - "Şeh. Olmayan səhər" ("The Morning That Never Was") nümayiş etdiriləcək. Sərginin kuratoru Nigar Rzayevadır.
Şərq fəlsəfəsində şeh - indiki zamanı təbii şəkildə, hər hansı təzyiqsiz gəlişinin rəmzidir. O, yaranır, sonra yox olur və yenidən yaranır. Tez-tez ilahi nəfəsin təcəssümü kimi qəbul edilir. Mənbə özünü birbaşa göstərməsə də, varlığını hiss etdirir, eləcə də şeh yalnız kifayət qədər erkən oyananlara görünür. Şeh həm sözün həqiqi, həm də məcazi mənasında oyanışı ifadə edir.
Bu fəlsəfədən ilham alan rəssamın sərgisi, şehi gecənin izi, gecə ilə gündüz, yaddaşla varlıq arasındakı keçid kimi araşdırır. Su burada ilkin başlanğıcın, hərəkətin və əksin metaforasıdır.
"Şeh. Olmayan səhər" adı bir qədər natamamlıq saxlayır, çünki şeh elə səhərin hələ tam açılmadığı, dünyanın bu günün necə olacağına hələ qərar vermədiyi vaxt gəlir. Layihə birbaşa ekologiyaya həsr olunmasa da, onunla dərin bağlılığı var - diqqət və qayğı vəziyyəti kimi. Burada incəsənət dünyaya qarşı həssas iştirak forması kimi çıxış edir. Dünyayla təmas mənimlə başqası, yuxu ilə ayıqlıq, var olmaqla yox olmaq arasındakı incə anı görmək və hiss etmək bacarığı vasitəsilə baş verir," - deyə Vüsalə Ağarazıyeva qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
Azər Aydəmir yeni vəzifəyə təyin olundu
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
Plener əsərlər sərgisi açılacaq
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - rəsmi açıqlama - (Video)
-
Oktyabrın beş şanslı bürcü
-
“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” - Lalə Məmmədova
-
Süd məhsullarını bu qidalarla birlikdə yemək olmaz
-
Murat Ceylanın son halı təəccübləndirdi - (Foto)
-
Belə pomidorları almayın
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? - ana danışdı - (Video)
-
Rubio ilə razıyıq, heç bir perspektiv yoxdur - Peskov
-
Necla Uyqur vəfat etdi - (Foto)
-
Fidan Mansurovaya vəzifə verildi
-
“Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
-
Günün qoroskopu: Biznes imkanlarınız parlaqdır
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
54 yaşlı Defne Samyelinin dərin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
AFFA UEFA-nın qərarına qarşı çıxıb
-
"Mançester Siti"yə ağır cəza gözlənilir
-
Qəbələdə meymunla şəkil çəkdirmək istəyən turist xəstəxanalıq oldu - (Foto)
-
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
-
Paşinyanın hərəkətləri müzakirəyə səbəb oldu - (Video)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Elvin Mahmudzadə və Səbuhi Məmmədov həbs edildilər
-
Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır





