Mədəniyyət

"Bülbülün qonaqları" layihəsi Qurban Pirimovun 145 illiyinə həsr olunub - FOTO

24 Oktyabr 2025 18:03
Baxış: 295
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi görkəmli tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimovun 145 illiyinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbüllə Qurban Pirimovun sıx dostluq və yaradıcılıq əlaqələrindən söhbət açıb. O, görkəmli tarzənin Azərbaycan musiqi tarixində, muğam və xalq mahnılarının  bu günümüzə gəlib çıxmasında böyük xidmətləri olduğunu vurğulayıb. 

Həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla Bayramova Qurban Pirimovun həyat və yaradıcılığı ilə bağlı çıxış edib.

Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi və Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında muğam və xalq mahnıları səsləndirilib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.