Mədəniyyət

“Azərbaycan Muğamı” layihəsi çərçivəsində "Rast dəstgahı” təqdim olunub - FOTOlar

24 Oktyabr 2025 16:03
Baxış: 270
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan Muğamı" layihəsi çərçivəsində "Rast dəstgahı" təqdim olunub. Konsertdə IX Muğam Televiziya Müsabiqəsinin qalibləri Aytac Bəybalayeva və Kənan Novruzov çıxış ediblər.

Onları tarda Kamal Nuriye , kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Solmaz Rəhimova, balabanda Rafael Əsgərov və nağarada Amil Mustafayev müşayiət edib.

Konsert tamaşaçılara kompozisiya formatında təqdim olunub. Tədbirdə Füzuli, Nizami və digər Azərbaycan poeziyasının klassik nümayəndələrinin qəzəl və şeir nümunələri qiraətçilər tərəfindən səsləndirilib. Şeir nümunələrini Azərbaycan Milli Konservatoriyasının tələbələri Fərid Qurbanzadə və Fatimə Əlizadə təqdim ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.