Cəmiyyət

Kəmalə Ağazadənin son vəziyyəti açıqlandı

26 Yanvar 2026 22:08
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin səhhəti ilə bağlı hazırkı vəziyyəti açıqlanıb.

Milli.Az bildirir ki, Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyindən verilən məlumata görə, hazırda Kəmalə Ağazadənin Sabunçu Tibb Mərkəzində müalicəsi davam edir:

"Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər. Səhhətində artıq müsbətə doğru irəliləyişlər müşahidə olunur. Göstərilən tibbi yardıma görə Sabunçu Tibb Mərkəzinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, yaxın zamanda Kəmalə xanım tam sağlamlığına qovuşacaq və uşaqlarımızın, eləcə də onu sevənlərin yanına dönəcək".

Qeyd edək ki, bir neçə gün öncə Kəmalə Ağazadə səhhətində yaranmış narahatlıqla əlaqədar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.