Ölkə

Nazir müavini təyin olunan Seymur Səfərli Vətən Müharibəsi Qəhrəmanının qardaşıdır – DOSYE

27 Yanvar 2026 17:25
Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Seymur Səfərli Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavini təyin olunub.

Seymur Ağamməd oğlu Səfərlinin dosyesini təqdim edirik:

Seymur Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə alıb. O, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, uzun illər kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik, suvarma və meliorasiya istiqamətləri üzrə fəaliyyət göstərmişdir. Əmək fəaliyyəti dövründə dövlət qurumlarında və aqrar sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən "Azərşəkər" MMC-də kənd təsərrüfatı üzrə rəhbər, kənd təsərrüfatı üzrə direktor və əməliyyatlar departamentinin rəhbəri vəzifələrini icra etmişdir. Bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Onu da qeyd edək ki, Seymur Səfərlinin qardaşı Gündüz Səfərli Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantıdır. Gündüz Səfərli aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib.

O, döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. /Bizim.Media

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.