İstanbul Baş Prokurorluğu keçmiş İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində casusluq ittihamı ilə istintaq başladıb.
Milli.Az xəbər verir ki, Merdan Yanardağ nəzarət altına alınıb, Tele1 kanalında axtarışlar aparılır.
İstintaq çərçivəsində maliyyə və kəşfiyyat fəaliyyətləri, xarici əlaqələr və rəqəmsal məlumatlar araşdırılır.
Xatırladaq ki, bu il martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra, Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Hazırda bir neçə ittiham üzrə İmamoğlunun məhkəmə prosesləri davam etdirilir.
Fidan
Milli.Az





