Ölkə

“Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığına buraxıldı

24 Oktyabr 2025 13:30
Baxış: 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda həbs olunan "Sputnik Azərbaycan"ın şef redaktoru Yevgeni Belousov şərti azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə qərarı Xətai Rayon Məhkəməsi qəbul edib.

Məhkəmənin qərarına əsasən Yevgeni Belousov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub.

Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycan Daxili İşlər Nazirliyi "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan") əməliyyat keçirmişdi. Həmin əməliyyat zamanı qurumun icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov saxlanılmışdı.

Bu ayın əvvəlində icraçı direktor İqor Kartavıx da həbsdən azad edilərək ev dustaqlığına buraxılmışdı. Beləliklə, "Sputnik Azərbaycan"ın rəhbər heyətinə qarşı seçilmiş qətimkan tədbirləri dəyişdirilmiş olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.