Amerikanın "9-1-1: Nashville" serialının aktrisası İsabelle Teyt 23 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, gənc aktrisanın ölümünə səbəb olan xəstəliyin əzələlərdə zəiflik və hərəkət itkisinə yol açan doğuşdan gələn irsi sinir sistemi pozğunluğu olduğu bildirilib.
Mütəxəssislərin sözlərinə görə, bu xəstəlik adətən yeniyetməlik dövründə özünü göstərir və zamanla insanın yerimə və tarazlıq saxlama qabiliyyətinə təsir edir.
İsabelle Teytə bu diaqnoz 13 yaşında qoyulmuşdu və son illərdə səhhəti daha da pisləşmişdi.
İsmayıl
Milli.Az





