Cəmiyyət

Bu rayonda heyvan bazarında nöqsanlar aşkarlandı - FOTOlar

24 Oktyabr 2025 20:30
Baxış: 480
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda dezobaryerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib. Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib.

AQTA bildirir ki, epizootik sabitliyin qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq və bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma işləri aparılacaq. Heyvan bazarlarının fəaliyyəti yalnız tələb olunan infrastruktur tamamlandıqdan və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək.

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.