Zibilliyi fürsətə çevirdilər – Çinli cütlük milyarder oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Afrikada gigiyena məhsullarının çatışmazlığını fürsətə çevirən Çinli sahibkar cütlük Şen Yançanq və Yan Yanjuan bu gün illik gəliri 450 milyon dollara çatan nəhəng bir şirkətin sahibləridir.
Milli.Az xəbər verir ki, cütlüyün qurduğu Sunda International Group şirkətinin illik gəliri 3,2 milyard yuana (təxminən 450 milyon dollar) çatır.
Hekayə, Harbin Mühəndislik Universitetinin məzunları olan Şen Yançanq və onun həyat yoldaşı Yan Yanjuanın 2000-ci ildə Quançjou şəhərində kiçik bir ixrac ofisi açması ilə başlayıb.
İlk illərdə onlar Afrikaya tikinti materialları və əsas istehlak malları ixrac edirdilər. Lakin qısa müddət sonra Nigeriyada gigiyena məhsullarının çatışmazlığını müşahidə edən cütlük bu sahədə böyük bir fürsət olduğunu görür.
Həmin dövrdə Şen Yançanq Nigeriyada satınalma müdiri kimi çalışırdı və yerli əhalinin, xüsusilə də qadınların və körpələrin gigiyena məhsullarına çıxışda çətinlik yaşadığını fərq etmişdi.
Bu təcrübə onların Afrikaya yönəlmiş davamlı biznes strategiyasının başlanğıcı oldu.
2004-cü ildə cütlük Qanada ilk istehsal zavodunu açır. Sunda International burada və digər Afrika ölkələrində yerli qadınların və ailələrin ehtiyaclarına uyğun, sərfəli gigiyena məhsulları istehsal etməyə başlayır.
Araşdırmalar göstərdi ki, qitədə bir çox qadın hələ də menstruasiya dövründə parça, köhnə bez və ya yarpaq kimi vasitələrdən istifadə edir. Şirkət bu vəziyyəti dəyişdirmək üçün ucuz, lakin keyfiyyətli sanitar məhsullar təqdim etdi.
Şirkətin əsas prinsipi belə idi: "Keyfiyyətli məhsulları yerli əhalinin ala biləcəyi qiymətlərlə təqdim etmək."
Bu yanaşma nəticəsində Sunda markası təkcə uşaq bezləri ilə deyil, həm də böyüklər üçün bezlər və şəxsi baxım məhsulları ilə bazarda sürətlə böyüdü.
Mütəxəssislərin proqnozuna görə, Afrikanın əhalisi 2050-ci ilə qədər 2,5 milyarda çatacaq. Qitədə orta təbəqənin genişlənməsi və gigiyena şüurunun artması Sunda International şirkətinin inkişafını daha da sürətləndirir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü





