Türkiyə

Zəlzələnin azyaşlı qurbanları üçün “oyuncaq yağışı”... - VİDEO

27 Fevral 2023 20:29
Baxış: 1 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beşiktaş Gimnastika Kulubunun təşkil etdiyi kampaniya sosial şəbəkələrdə gündəm olub.

Milli.Az olay-a istinadən yazır ki, komandanın "Vodafone Arena"da Antalyasporla baş tutan matçında zəlzələ qurbanları yad edilib.

Əvvəlcə oyunun nəticəsini göstərən böyük ekranda fəlakət baş verən şəhərlərin nömrələri əks olunub. Bununla bərabər kulub azarkeşləri zəlzələdən zərərçəkən uşaqlar üçün stadiona oyuncaqlar atıblar.

Yaşıl meydança oyuncaqlarla əhatə olunub. Oyunçularla bərabər bütün texniki işçilər azarkeşlərin atdığı oyuncaqları bir kənara toplayıblar.

"Memleketim" mahnısının sədaları altında keçirilən aksiya zamanı tribunada "Uşaqlar həmişə gülsün" plakatı açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.