Türkiyə

Kirayədə qalan qızlar evə qayıdanda heyrətə gəldi: Ev yiyəsi əlavə pul qazanmaq üçün... - FOTOLAR

25 Yanvar 2022 03:44
0 Şərh     Baxış: 1 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda ev yiyəsi kirayədə qalan tələbə qızlara böhtan ataraq onları evindən qovub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, tərəflər əvvəlcə 4600 lirə qarşılığında razılığa gələrək müqavilə imzalayıblar. Bir müddət sonra isə ev yiyəsi kirayə qiymətini 9750 lirəyə qaldırıb. Tələbə qızlar buna etiraz ediblər. Qapını bağlayan ev yiyəsi qızların mənzilə daxil olmasına mane olub. Evin işığı və suyu dayandırılıb. Evə gələndə qapının bağlı olduğunu görən qızlar üzüntü yaşayıblar. Məsələ ilə bağlı hər iki tərəf polisə şikayət edib. Ev yiyəsi iddia edib ki, evə naməlum şəxslər girib çıxır. Qızlara ağır böhtan atan ev yiyəsinin iddiasını araşdıran polislər, onun yalan danışdığını müəyyən ediblər.

Qızlar evə qaytarılıb. Ev yiyəsinə qarşı təzminat iddiası qaldırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.