İdman

Dünya çempionatının finalında DAVA - Futbolçular əlbəyəxa oldu - FOTO

14 İyul 2025 16:44
Baxış: 912
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"PSJ" klubu ilə "Çelsi" arasında keçirilən Klub Dünya Kubokunun final matçının sonunda insident yaşanıb.

Milli.Az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike və qapıçı Canluici Donnarumma "Çelsi"nin hücumçusu Joao Pedroyu itələyib.

"Çelsi" ilk hissədə vurduğu üç qolla "PSJ"yə gözlənilməz şəkildə 3:0 hesabı ilə qalib gələrək titulu qazanıb. 

"PSJ"nin futbolçusu Joao Neves "Çelsi"nin müdafiəçisi Mark Kukurellanı saçından tutaraq yerdə saxladığı üçün qırmızı vərəqə alıb. Matçda ümumilikdə 6 sarı vərəqə qeydə alınıb.

Final fiti səsləndikdən sonra meydana daxil olan Luis Enrike mərkəz dairəsi yaxınlığında Joao Pedronu boğazından itələyib. Ardınca Donnarumma 23 yaşlı futbolçunu arxadan itələyib, nəticədə Pedro yerə yıxılıb. "Çelsi"nin baş məşqçisi Enzo Mareska hadisəyə müdaxilə edərək həmvətəni Donnarummanı oradan uzaqlaşdırıb.

Qeyd edək ki, davaya görə "PSJ"nin baş məşqçisi Luis Enrike minimum 3 oyunluq komandasını texniki zonadan idarə edə bilməmə cəzası alıb. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.