İdman

Cenk Tosun Azərbaycanda oynamaq istəyindən danışdı

16 Yanvar 2026 22:52
Baxış: 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə millisinin üzvü Cenk Tosun Azərbaycanda oynamaq istəyir.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında 34 yaşlı hücumçu deyib.

O, Azərbaycandan gələcək təkliflərə müsbət baxacağını bildirib: "Kasımpaşa" klubu ilə mövsümün sonunadək anlaşmışam. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirəm".

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin "Ayntraxt", Türkiyənin "Qaziantepspor", İngiltərənin "Everton" və "Kristal Pelas" klublarının da formasını geyinib. Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub. O, son olaraq "Fənərbağça"nın şərəfini qoruyub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.