İstanbulda aparılan narkotik araşdırması çərçivəsində hava limanında saxlanılan "Qalatasaray"ın keçmiş ulduz futbolçusu Ümit Karan çıxarıldığı məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
Milli.Az xəbər verir ki, Ümit Karan sadəcə narkotik istifadəçisi olmaqda deyil, daha ağır cinayətlərdə ittiham olunur. Prokurorluğun tələbi ilə məhkəmə onu aşağıdakı əməllərə görə təqsirli bilib:
Narkotik və ya stimullaşdırıcı maddələrin ölkə daxilində qanunsuz satışı və satışa çıxarılması;
Bu maddələrin başqalarına verilməsi, daşınması, saxlanması və ya satın alınması.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində nəzarətə alınan Karan polis bölməsindəki ifadəsindən sonra ədliyyəyə sövq edilib. Prokurorluq tərəfindən dindirilən keçmiş futbolçu, həbs olunması tələbi ilə Sülh Cəza Hakimliyinə göndərilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Lalə Qüdrətova
Milli.Az





