İdman

Volkan Demirel "Qarabağ"ın iki oyunçusunu seçdi - ADLAR

16 Yanvar 2026 22:35
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın oyunlarını izləyirəm və ümumilikdə çox uğurlu çıxış etdiklərini deyə bilərəm".

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə millisinin və "Fənərbağça"nın sabiq qapıçısı Volkan Demirel deyib.

O, komandanın yaxşı formada olduğunu və bəzi oyunçuları diqqətlə izlədiyini bildirib.

"Onlara gələcək matçlarda da uğurlar arzulayıram. Qarşıdakı görüşlər çətin olacaq, amma komandanın potensialı yüksəkdir və yaxşı nəticələr gözləmək olar", - V.Demirel deyib.

"Fənərbağça"nın sabiq futbolçusu "Qarabağ"da bəyəndiyiniz oyunçular varmı?" sualına cavabında isə qeyd edib ki, xüsusilə Kevin Medinaya diqqət yetirir:

"Onu iki-üç il əvvəl izlədim və çox yaxşı müdafiəçi olduğunu gördüm. Nəriman Axundzadə isə son iki ildə komandaya həm çoxlu qollar, həm də vacib nəticələr qazandırıb. Onun çıxışını da yüksək qiymətləndirirəm. Bu oyunçuların həm fərdi, həm də komanda üçün böyük əhəmiyyəti var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.