Ölkə

Natamam iş günü çalışanların maaşı bu hallarda tam ödəniləcək

17 Yanvar 2026 11:21
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdirilib.

Milli.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Qanuna əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməli olacaq.

Mövcud qanunvericiliyə görə, Əmək Məcəlləsində nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

Qanuna əsasən, həmin işçilərə əmək haqqı eləcə də tərəflərin razılığı ilə tam məbləğdə ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.