Antalyanın Manavgat rayonunda 21 yaşlı Azərbaycan vətəndaşı Tanverdi Salmanov faciəli şəkildə həyatını itirib.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, məlumata görə, Alanyanın Okurcalar məhəlləsində ailəsi ilə yaşayan gənc avtomobil ustası gecə saatlarında qəfil xəstələnərək qusmağa başlayıb. Yuxuda qusması nəticəsində boğulan Salmanovun ürəyi dayanıb. Hadisə yerinə çağırılan tibbi heyət tərəfindən ilkin reanimasiya tədbirləri görülsə də, o, Manavgat Dövlət Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib.
Mərhumun atası Nəbi Salmanov oğlunun yuxuya getdikdən təxminən 30 dəqiqə sonra bu halın baş verdiyini bildirib. Tanverdi Salmanovun cənazəsi Antalya Məhkəmə Tibb İnstitutunda aparılan müayinədən sonra Alanyada dəfn ediləcək.
Fidan
Milli.Az





