İdman

Qurban Qurbanov: “Hər iki görüş yüksək səviyyədə alındı”

17 Yanvar 2026 00:36
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirib.

Milli.Az xəbər verir ki, "atlılar" Xorvatiyanın "Osiyek" və Polşanın "Zaqlebye" kollektivini 3:1 hesabı ilə məğlub edib. Baş məşqçi Qurban Qurbanov görüşlər barədə fikirlərini bildirib:

"Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.