Hadisə, Kriminal

Arvadını öldürüb qaçan şəxs barəsində cinayət işi başlandı - YENİLƏNİB

6 Mart 2026 12:14
Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, martın 6-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Milli.Az

_____________________

Saat - 11:52

Bu gün səhər saatlarında Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində 1995-ci il təvəllüdlü arvadı Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

Nəticədə qadın hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ. Ramazanovu tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır./Apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.