Cəmiyyət

Bu ərazidə 2000 abonentin qazı OLMAYACAQ

6 Mart 2026 12:07
Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Sumqayıt şəhərinin 9-cu mikrorayonundakı təxminən 2 000 abonentə təbii qazın verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, diametri 89 millimetr olan qaz xəttində aşkar edilən sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.