Cəmiyyət

Temperatur 8 dərəcə düşəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

6 Mart 2026 15:52
Baxış: 1 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Milli.Az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.