Açıq-saçıq və qanunsuz paylaşımlara qarşı ciddi nəzarət BAŞLAYIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar sosial şəbəkələrdə əxlaq normalarının qorunması mövzusu ətrafında müzakirələr daha da artıb.
Milli.Az xəbər verir ki, xüsusilə açıq-saçıq görüntülərin paylaşılması, bədənin nümayişi üzərindən aparılan reklam kampaniyaları və müxtəlif platformalarda yayımlanan bəzi məzmunlar cəmiyyətin müəyyən hissəsində narahatlıq yaradır. Bədənini açıq şəkildə göstərən paylaşımlar, eləcə də geyim və kosmetika məhsullarının bu formada təqdim olunduğu reklamlar əvvəlki kimi davam edir.
Qanunvericilikdə ictimai əxlaqın qorunması ilə bağlı müəyyən müddəalar və inzibati məsuliyyət tədbirləri mövcuddur. Lakin bu qaydaların praktikada nə dərəcədə tətbiq olunduğunu öyrənmək məqsədilə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanladıq.
Məsələ ilə bağlı DİN-dən bildirildi ki, sosial şəbəkələrdə ictimai əxlaq normalarına zidd, cəmiyyətə mənfi təsir göstərən və qanunla yayılması qadağan olunan informasiyaların paylaşılması halları nəzarətdə saxlanılır: "Bu istiqamətdə polis əməkdaşları tərəfindən mütəmadi işlər aparılır, hüquqazidd məzmun yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.
Belə hallara yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddəsi üzrə inzibati protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür.
Məlumatda bir daha vurğulanır ki, sosial şəbəkə anonimlik mühiti deyil, paylaşılan hər foto, video və ya yazı hüquqi qiymətləndirilə bilər. Qanunu pozan məzmun təkcə silinmir, məsuliyyət yaradır.
İstifadəçilərə tövsiyə olunur ki, paylaşdıqları materialların məzmununa ciddi və məsuliyyətlə yanaşsınlar, qanunvericiliyin tələblərini və ictimai əxlaq normalarını pozan informasiyaların yayımından çəkinsinlər.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
XƏBƏR LENTİ
-
Bəzi ərazilər işıqsız qalacaq
-
Avtomobilin ön şüşəsini alma sirkəsi ilə silənlər dərddən qurtulurlar
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq"
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"





