Cəmiyyət

Bu kolleclərə yeni rəhbər təyinatları edildi

6 Mart 2026 13:02
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Milli.Az xəbər verir ki, Zülfiyyə Hüseynova bakalavriat, magistratura və doktorantura təhsilini Azərbaycan Milli Konservatoriyasında "Musiqişünaslıq" ixtisası üzrə alıb. O, müxtəlif illərdə Şuşa Musiqi Kollecində müəllim, Azərbaycan Milli Konservatoriyasında isə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib, bir sıra elmi məqalələri nəşr olunub.

Turanə Məmmədova bakalavr təhsilini "Tarix və ictimaiyyət", magistratura təhsilini isə "Təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə alıb. Daha sonra təhsilini ADA Universitetində "Təlim və tədrisin təşkili və metodikası" ixtisası üzrə davam etdirib. O, son təyinatadək Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.

Aysel
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.