İspaniyanın "Real" futbol komandasının hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçiriləcək "Selta" ilə matçda iştirak etməyəcək. Fransalı forvardın adı Madrid təmsilçisinin bu oyun üçün açıqlanan heyətinə daxil edilməyib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, buna səbəb Mbappenin sol diz bağlarının dartılmasıdır. Zədənin ciddiliyi ulduz futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı keçiriləcək mühüm qarşılaşmaları da buraxması ehtimalını yaradıb.
Cari mövsümdə "kral klubu"nun heyətində 33 oyuna çıxan Mbappe 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az





