İdman

"Qalatasaray"a qələbəyə görə fantastik MÜKAFAT

27 Aprel 2026 17:45
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, Super Liqanın 31-ci həftəsinin çoxdan gözlənilən derbi matçında "Qalatasaray" evdə "Fənərbağça"nı 3-0 hesabı ilə məğlub edərək çempionluq uğrunda mübarizədə əhəmiyyətli üstünlük qazanıb.

Milli.Az xəbər verir ki, matçdan sonra bonuslarla bağlı detallar diqqət çəkib.

Jurnalist Haluk Yüreklinin sözlərinə görə, "Qalatasaray" prezidenti Dursun Özbek derbidən sonra soyunma otağında oyunçulara ümumilikdə 5 milyon avro bonus veriləcəyini açıqlayıb.

Xatırladaq ki, oxşar bonus Çempionlar Liqasında Liverpulla oyun üçün də təklif olunmuşdu, lakin hədəfə çatılmadığı üçün ödəniş edilməmişdi. Bildirilib ki, bu bonus "Fənərbağça" üzərində qələbədən sonra oyunçulara paylanılıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.