Məşhur futbolçu Jack Grealish bu dəfə meydandakı performansı ilə deyil, gecə həyatındakı görüntüləri ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, məlumata görə, "Manchester City"nin futbolçusu dostları ilə birlikdə olduğu məkanda həddindən artıq spirtli içki qəbul edib.
İddialara əsasən, o, daha sonra yorğunluq və sərxoşluq səbəbindən yuxuya gedib.
Hadisə anı ətrafdakı şəxslər tərəfindən lentə alınıb və sosial mediada sürətlə yayılıb.
Qısa müddətdə geniş auditoriyaya çatan görüntülər futbol azarkeşləri arasında müxtəlif reaksiyalar doğurub.
Fidan
Milli.Az





