Türkiyə

Türkiyədə ardıcıl iki zəlzələ oldu

27 Aprel 2026 17:13
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Malatyanın Battalqazi rayonunda beş dəqiqə ərzində 3,9 və 4,4 bal gücündə iki ayrı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bir-birinin ardınca baş verən zəlzələlər saat 15:40 radələrində baş verib.

Məlumata görə, ilk təkan saat 15:41-də 3,9 bal gücündə qeydə alınıb. Zəlzələnin 13 kilometr dərinlikdə baş verdiyi bildirilir.

İlk zəlzələdən qısa müddət sonra ikinci bir zəlzələ baş verib. Episentri Battalqazi olan zəlzələnin gücü Rixter şkalası üzrə 4,4 bal idi və ocağı 16,36 kilometr dərinlikdə yerləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.