Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun "Hyundai" markalı minik maşını ilə toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
İddialara əsasən, qəzaya manevr qaydalarının pozulması səbəb olub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yaşıllıq sahəyə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





