İdman

Elvin Cəfərquliyev bu kluba KEÇİR

24 Aprel 2026 16:52
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ"da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat yayılıb.

Milli.Az modern.az-a istinadən yazır ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər.

Məlumata görə, mövsümün sonunda "Qarabağ"la müqaviləsi bitən Cəfərquliyev "Neftçi" ilə 670.000 manat qarşılığında razılıq əldə edib.

İddialara görə, əslində "Qarabağ"da Elvin Cəfərquliyevə qarşı təzyiq bu səbəbdən başlayıb. Onun müqailəsi başa çatandan sonra azad oyunçu kimi "Neftçi"yə keçmək istəməsi hazırkı klubunda xoş qarşılanmayıb.

"Başqa sözlə, "səni biz yetişdirmişik, necə yəni pulsuz gedirsən?" deyərək müqaviləni uzatmasını istəyirlər ki, sonradan Cəfərquliyevi sata bilsinlər", - deyə iddiada qeyd olunur.

Hələ ki nə "Qarabağ", nə də Elvin Cəfərquliyevin özü bu iddiaya aydınlıq gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.