İtaliyalılar ABŞ-nin gülünc təklifini rədd etdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ hökumətinin xüsusi nümayəndəsi Paolo Dzampollinin İranın kənarlaşdırılaraq İtaliyanın DÇ-2026-ya daxil edilməsi ilə bağlı FIFA-ya ünvanladığı təklif İtaliyada sərt təpki ilə qarşılanıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İtaliya idman rəhbərliyi və futbol ictimaiyyəti bu ideyanı qeyri-mümkün və qeyri-etik adlandırıb.
İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Luçano Bonfilyo bu təklifi gülünc adlandırıb:
"Dünya çempionatına vəsiqə qazanmaq üçün meydanda mübarizə aparmaq lazımdır. Siyasi səbəblərə görə turnirə gedəriksə, bunu özümə təhqir sayaram".
İtaliyanın idman naziri Andrea Abodi də məsələyə münasibət bildirərək, belə bir dəvətin ölkənin şanına yaraşmadığını vurğulayıb:
"Dünya çempionatına vəsiqə futbol meydançasında qazanılır".
İtaliyalı təcrübəli mütəxəssis, "Torino" və "Udineze"nin keçmiş baş məşqçisi Canni de Byazi isə ABŞ prezidentinə qarşı daha kəskin ifadələr işlədib. O, İtaliyanın belə bir məsələdə Donald Trampın dəstəyinə ehtiyacı olmadığını deyib:
"Bu, ağlabatmaz təklifdir. Əgər İran turnirdə iştirak etməsə, məntiqlə onu seçmə mərhələdə ardınca gələn komanda əvəzləməlidir. Biz öz işimizin öhdəsindən özümüz gələ bilərik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
Haaland “Qızıl oyunçu” oldu
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
XƏBƏR LENTİ
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)





