Cəmiyyət

"Gənclik" metrosunun qarşısı belə OLACAQ - FOTO

24 Aprel 2026 17:18
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması davam etdirilir.

Milli.Az xəbər verir ki, bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.

Artıq "Gənclik" metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq.

Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.

Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.

Asya
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.