Evlənmək üçün yaradılmış 4 bürc: Yuva qurmağın memarları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə sadiqlik, hüzur və möhkəm ailə təməlləri axtaranlar üçün astrologiya bəzi bürcləri xüsusi olaraq fərqləndirir.
Milli.Az xəbər verir ki, professional astroloqların "sadiqlik və sabitlik abidələri" olaraq təyin etdiyi bu bürclər, münasibəti sadəcə idarə etmir, onu köklü bir çinara çevirirlər.
Xərçəng: Təhlükəsiz liman
Evlilik və ailə mövzusunda siyahının başında mübahisəsiz olaraq Xərçənglər dayanır. Onlar üçün xarici dünya fırtınalı bir dəniz, ailə isə ən təhlükəsiz limandır.
Xərçənglə evlənmək hər gün sevgi ilə bəslənmək, duyğusal olaraq anlaşıldığını hiss etmək deməkdir. Onlar partnyorunun xoşbəxtliyini öz hüzurlarından üstün tutan həqiqi "yuva qurucuları"dır.
Buğa: Hüzur və sabitliyin ünvanı
Əgər evlilikdə axtardığınız sabitlik və həm maddi, həm də mənəvi təhlükəsizlikdirsə, Buğa bürcü ən doğru seçimdir.
Buğalar həyatın hər sahəsində olduğu kimi eşqdə də qalıcılığı sevirlər. Bir dəfə "bəli" dedikləri zaman, həmin sözü bir ömür boyu daşıyacaq iradəyə sahibdirlər. Səbirli və sadiq strukturları ilə münaqişələrdən uzaq, konforlu bir ailə həyatı inşa edirlər.
Oğlaq: Sarsılmaz təməllərin qurucusu
Oğlaklar üçün evlilik ciddiyyətlə idarə olunmalı olan və cəmiyyətin təməl daşı sayılan bir qurumdur.
Ən çətin fırtınalara belə dözə biləcək ailə təməli axtarırsınızsa, Oğlaq bürcü buna cavabdehdir. Onlar ən çətin günlərin dostu olan yoldaşlardır. Ailəsinin nüfuzunu və gələcəyini strateji şəkildə planlayan Oğlaqlar hər zaman partnyorunun arxasında dayanan sarsılmaz bir dayaqdır.
Tərəzi: Harmoniya və ortaqlıq ustası
Astrologiyada "ortaklıq və evlilik" evinin idarəçisi olan Tərəzilər, tək yaşamaq üçün deyil, bir bütünün parçası olmaq üçün yaradılmışlar.
Tərəzi ilə evli olmaq daimi bir harmoniya və estetik içində yaşamaq deməkdir. Münasibətdə balansı qorumaq, ədalətli davranmaq və qarşı tərəfi dəyərləndirmək mövzusunda onların tayı-bərabəri yoxdur. Onlar üçün "biz" olmaq, "mən" olmaqdan qat-qat dəyərlidir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?
-
“Brent” ucuzlaşdı
-
Dünyaca məşhur türk fenomen xəstəxanada əlil arabasında görüntüləndi - (Foto)
-
Arda Güler “Real Madrid” əfsanələrini geridə qoydu - (Foto)
-
"Sumqayıt" – "Şəfa" matçı ilə X tura yekun vurulacaq
-
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
-
Meksika Qran-Prisinin qalibi bəlli oldu
-
Yasamalın bir hissəsində işıqlar kəsiləcək
-
Goranboyda ağır qəza: Eyni ailənin 5 üzvü xəsarət aldı
-
Paytaxtın 13 küçəsində tıxac var
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Sobaya dəsmal asanlara mütəxəssislərdən xəbərdarlıq: Dərhal yığışdırın!
-
Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
-
ABŞ-də təyyarə qəzası - sərnişinlərin hamısı öldü
-
“Arsenal” səfərdə “Liverpul”u məğlub edib
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu





