Azərbaycanda Stalinin saxlanıldığı Zindan qala bərpa olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.
Bildirilib ki, bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşlar orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri görüləcək.
Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin istifadəsinə veriləcək.
Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdə bərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.
Məlumat üçün bildirək ki, cənub dayaq məntəqəsi olan Dairəvi qalanın (hündürlüyü 20 metr, diametri 72 metr) statusu isə zaman-zaman dəyişib. Qala 1869-cu ildən 1959-cu ilə qədər həbsxana kimi istifadə olunub. Məhz buna görə də qalaya "Zindan qala" deyilir. Tarixi qalada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də dustaq kimi saxlanılıb. Lakin sonradan yoldaşlarının köməyi ilə həbsdən qaça bilib. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, qalada 310 nəfərə qədər məhbus saxlanılıb. Dustaqlar buraya Dairəvi qala ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu yeraltı yolda iki nəfər sərbəst hərəkət edə bilirmiş. Sonradan həmin yol yeraltı sularla dolduğuna görə hazırda istifadəsi mümkün deyil. 1970-1990-cı illərdə qalada tikiş sexi fəaliyyət göstərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb





