Siyasət

Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq

27 Aprel 2026 19:43
Baxış: 326

Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

"Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur", - deyə Baş nazir əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.