Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
"Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur", - deyə Baş nazir əlavə edib.
Milli.Az