Siyasət

İlham Əliyev Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra göstərdiyi dəstəyə görə təşəkkür edib

6 Mart 2026 17:40
Baxış: 496

Prezident İlham Əliyev Albaniya Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Mən Albaniyanin Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə görə ən dərin minnətdarlığımı bildirmək istərdim. Xalqımız nümayiş etdirdiyiniz qəti mövqeyi, həmrəyliyi və birliyi yüksək qiymətləndirir", - paylaşımda qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.